Donald Tramp ABŞ prezidenti seçiləcəyi təqdirdə “Wikileaks” portalının təsisçisi Culian Assanjı əfv etmək barəsində ciddi şəkildə düşünəcək.
Viral.az xəbər verir ki, Donald Tramp bu barədə podkaster Tim Poula müsahibəsi zamanı bildirib. O, prezident seçiləcəyi təqdirdə Assanjı əfv edib-etməyəcəyi ilə bağlı suala cavab verib:
Son Yazılar:
- ABŞ Yaxın Şərqə 70-dən çox “Patriot” göndərdi
- İlham Əliyev ailə üzvləri ilə birlikdə Antalyada
- “Traktor” səfərdə xal itirdi
“Biz bunu çox ciddi nəzərdən keçirəcəyik”, – deyə Tramp qeyd edib.
Qeyd edək ki, Culian Assanj hazırda Britaniyanın Belmarş həbsxanasında saxlanılır. Mayın 20-də Britaniyalı hakimlər Culian Assanja ABŞ-a ekstradisiyasına etiraz etmək hüququ verib.