Bu ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 215,8 milyon manat kredit verilib.
Viral.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % çoxdur.
Son Yazılar:
- İsrail ABŞ ilə ticarət kəsirini sıfıra endirməyə hazırdır
- ABŞ aprelin 9-dan Çinə 104 % rüsum tətbiq etməyə başlayacaq
- ABŞ İrana qarşı daha sərt sanksiyalar tətbiq edəcək
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 15,8 % azalaraq 134,9 milyon manat olub.
Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 2,5 dəfə artaraq 250 milyon manat olub, 1 il bundan əvvəl olduğu kimi Fonda dövlət büdcəsindən 43,8 milyon manat vəsait ayrılıb.