Ermənistan yaxın vaxtlarda Avropa İttifaqına daxil olmaq mümkünlüyü məsələsini referenduma çıxara bilər.
Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Latviyaya səfəri zamanı bildirib.
“Cəmiyyətimizin bir qərarı var – Avropa İttifaqının bir hissəsi olmaq. Bir neçə gün əvvəl parlamentimizdə Ermənistanın Aİ-yə üzv olması üçün referendumun keçirilməsi ilə bağlı müzakirələr getdi. Düşünürəm ki, nə vaxtsa biz də yaxın gələcəkdə Aİ-yə üzv olacağıq. Bu referendum var və mən əminəm ki, xalqımız bəli deyəcək”, – o, deyib.
Son Yazılar:
- “Talassemiya işi” ilə bağlı sabiq direktor və baş həkim məhkəməyə çağırılacaq
- Sumqayıtda qadını fotoları ilə şantaj edən şəxs TUTULDU
- Konstitusiya Məhkəməsinin hakimi yola SALINIR
Dəniz SƏTTARLI