Moskva və Tehran yaxın vaxtlarda Rusiya qazının tədarükü üçün müqavilə imzalamağa hazırdır.
Viral.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Qazprom” və İran Milli Qaz Şirkəti Rusiya Federasiyasından İrana qaz nəqlinin təşkilinin inkişafı üzrə Strateji Memorandum imzalayıblar.
Son Yazılar:
- Qarabağa səfər edənlər bu gün də orada barbarlığın səviyyəsinin şahidi ola bilərlər
- Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib
- “Ermənistan Araz çayını çirkləndirir” – Prezident
İranın neft naziri Cavad Oudci bildirib ki, ölkənin infrastrukturu tezliklə Rusiya qazını qəbul etməyə hazır olacaq.
“Birgə memorandumun imzalanması iki ölkə arasında münasibətlərin dərinləşməsi yolunda böyük addım və regionun iqtisadi inkişafı üçün təsirli tədbirdir”, – “Tasnim” agentliyi İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxberin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sitat gətirib.