Problemli kreditlərin məbləği 1 % artıb

Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 466,5 milyon manat təşkil edib.

 

Viral.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,9 % çoxdur.

Son Yazılar:

 

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 6,6 % artıb, son 1 ildə isə 7,1 % azalıb.

 

Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,8 % təşkil edib. Bu nisbət mayın 1-nə 1,8 %, ilin əvvəlinə 1,8 %, 2023-cü ilin iyunun 1-nə isə 2,3 % olub.

 

Hesabat dövrünə ümumi kredir portfelinin həcmi il ərzində 24,5 % artaraq 26 milyard 498,3 milyon manat təşkil edib.