Almaniya üçüncü ölkələr vasitəsilə Rusiyaya bahalı avtomobillərin tədarükü ilə bağlı araşdırma aparır.
Viral.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Reynland-Pfalts federal əyalətində bir neçə avtomobil satıcısının ofisində axtarış aparılıb.
Son Yazılar:
- Hizbullah İsrail qərargahına zərbə endirdi
- Türkiyə və Moldova enerji sahəsində əməkdaşlıq memorandumu imzaladılar
- Mahir Emreli Almaniya klubunda məhsuldar ötürmə VERDİ
Prokurorluq onları Rusiyaya bahalı avtomobillərin satışı ilə bağlı sanksiyaları pozmaqda şübhəli bilir. Müstəntiqlərin fikrincə, şübhəlilər avtomobillərin Belarus, Qazaxıstan, Qırğızıstan və digər ölkələrə ixrac edildiyi barədə məlumat verərək Almaniya hakimiyyətini çaşdırıblar. Əslində, prokurorluq hesab edir ki, maşınlar Rusiyaya satılıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları 190 avtomobilin satışı ilə bağlı araşdırma aparır. Prokurorluğun məlumatına görə, axtarışlar zamanı “geniş sübutlar” əldə edilib və 4,5 milyon avrodan çox dəyərində hesablar ələ keçirilib.
2022-ci ilin martında Aİ Rusiyaya dəbdəbəli malların satışını qadağan edib. Sanksiyalara qiyməti 50 min avrodan çox olan avtomobillər də daxildir.