İyunun 27-də Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” kiçik artilleriya və “Anatoli Qujvin” hidroqrafiya hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəliblər.
Müdafiə Nazirliyindən Viral.az-a verilən məlumata görə, gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.
Gəmi heyətləri üçün səfər çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil ediləcək, həmçinin hərbi dənizçilərin idman yarışı üzrə yoldaşlıq görüşü keçiriləcək.
Son Yazılar:
- “Qarabağ” növbəti qələbəsini QAZANDI
- Azərbaycanın güllə atıcısı dünya çempionu OLDU
- Bayden və Şotls ayda nə qədər maaş alır?
Qeyri-rəsmi dostluq səfəri iyunun 30-dək davam edəcək.