Keçmiş prezident Donald Tramp və hazırkı Amerika lideri Co Bayden arasında keçirilən son prezident debatında internet memları qalib olub.
Viral.az xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask sosial şəbəkədəki “X” hesabında (keçmiş “Twitter”) yazıb.
“Bugünkü qələbə açıq-aydın memlərə məxsusdur”, – deyə Mask bildirib.
Son Yazılar:
- Qarabağa səfər edənlər bu gün də orada barbarlığın səviyyəsinin şahidi ola bilərlər
- Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib
- “Ermənistan Araz çayını çirkləndirir” – Prezident
Baydenin çıxışından sonra sosial mediada onun koqnitiv qabiliyyətləri ilə bağlı sarkastik görüntülər yayılmağa başlayıb. Xüsusilə, Amerika liderini prosessoru çıxarılan kompüterlə müqayisə edirlər.
Qeyd edək ki, ABŞ-də Bayden və Tramp arasında seçkiqabağı televiziya debatı baş tutub. Müzakirə “CNN”də canlı yayımlanıb.
Yusif EYVAZLI