-->

Akşenerin “qızım” dediyi siyasətçi də İYİ Partiyadan İSTEFA VERDİ

1719561673 47d9a23c 3084 44fc b8be 4a698762d8ae

Türkiyədə İYİ Partiyanın qurucularından biri olan siyasətçi Sevin Çağlayan Koray Aydının ardınca istefa verib.

 

Viral.az xəbər verir ki, o, X-də paylaşım edərək istefa verdiyini açıqlayıb.

Son Yazılar:

 

Partiyada Mərkəzi İdarə Heyətinin üzvü, millət vəkili və bələdiyyə başqanlığına namizəd kimi fəaliyyət göstərən Çağlayan 27 aprel 2024-cü il tarixində keçirilən qurultayla vəzifəyə başlayan başqan Müsavat Dərvişoğlunun qurduğu strukturun çoxlu səhvlər və düzəlməz problemləri olduğunu bəyan edib.

 

İYİ Partiyanın keçmiş sədri Meral Akşeneri AKP sədri və prezident Rəcəb Tayyib Ərdoğanla detalları ictimaiyyətə açıqlanmayan görüşünün “bardağı daşıran son damla” olduğunu bildirən Çağlayan partiya rəhbərliyini dəqiq mövqe tutmadığına görə tənqid edib.

 

Çağlayanın istefasından 4 ay əvvəl – 14 fevral 2024-cü il tarixində İYİ Partiya Qərargahında keçirilən bələdiyyə seçkilərində namizədlərin təqdimat yığıncağında Çağlayanın Ankaranın Etimesqut rayonundan namizəd olmasını istəyən təşkilat üzvlərinin etirazı ilə yığıncaqda dava düşmüşdü. Daha sonra Akşener Çağlayanın Yenimahalle üçün namizəd olduğunu açıqlamışdı.

 

Çağlayan ağlayaraq onu qucaqlayanda Akşener demişdi: “Hamının yanında deyirəm, Sevin mənim qızımdır, sona qədər Sevinin arxasında dayanacağam”.

1718972399 3f6df2cc 4197 4732 93a6 6627a9a53513

Bu xəbər ilə bağlı

Koray Aydın İYİ Partiyadan istefa verdi – YENİLƏNİB


Xəbəri oxu