Ötən gün iri qaya parçalarının İsmayıllı-Lahıc avtomobil yolunun hərəkət hissəsinə tökülməsi səbəbindən hər iki istiqamətdə bağlanan yolu açmaq hələlik mümkün olmayıb.
Viral.az xəbər verir ki, hadisədən sonra əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib. İri qaya parçalarının və daşların yoldan təmizlənməsi işləri davam edir.
Son Yazılar:
- Qarabağa səfər edənlər bu gün də orada barbarlığın səviyyəsinin şahidi ola bilərlər
- Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib
- “Ermənistan Araz çayını çirkləndirir” – Prezident
Ötən gündən etibarən Lahıc qəsəbəsi də daxil olmaqla, İsmayıllının bir neçə kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Uçqun zamanı ərazidən keçən elektrik dirəkləri və naqilləri də zədələnib, qəsəbə və ətraf kəndlər işıqsız qalıb.
Hazırda yolların təmizlənməsi, elektirik enerjisinin bərpa olunması üçün ərazidə iş görülür.