Bu il ətraflı sülh planı hazır olacaq

“Bu il ətraflı sülh planı hazır olacaq”.

 

Viral.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Sloveniya prezidenti Nataşa Pirc Musarla keçirdiyi mətbuat konfransında deyib.

Son Yazılar:

 

Dövlət başçısı əlavə edib ki, paralel olaraq Ukrayna döyüş meydanında güclü olmaq üçün silah istehsalını inkişaf etdirəcək.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.