Sahil zolağı tullantılardan təmizləndi – FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə iyunun 29-da Xəzər dənizinin Bilgəh sahilində genişmiqyaslı təmizlik aksiyası keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən Viral.az-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və əməkdaşlarının, Sabunçu Rayon İcra Hakimiyyətinin, eləcə də ekokönüllülərin iştirakı ilə keçirilən təmizlik aksiyası zamanı sahil zolağı 1200 kiloqram plastik və digər tullantılardan təmizlənib.

Son Yazılar:

 

“Təmiz ölkəm” təmizlik aksiyalarının keçirilməsində məqsəd təbiət ərazilərinin daimi təmizliyini təmin və təşviq etmək, məişət tullantılarının atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, təbiətə qayğı və həssas münasibət göstərməyə çağırır.

 

Qeyd edək ki, bu cür aksiyaların mövsüm boyu hər həftəsonu keçirilməsi nəzərdə tutulub.