Neftçi” komandası mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.
Klubdan Viral.az-a verilən məlumata görə, “ağ-qaralar” Monteneqro millisinin üzvü Edvin Kuç ilə 3 illik müqavilə bağlayıb.
30 yaşlı yarımmüdafiəçi Monteneqronun “Berane” (2012-2013), “Deçiç” (2013-2014, 2016-2017), “Mladost” (2015-2016), “Rudar” (2017-2019), Çexiyanın “Viagem Usti nad Labem” (2014-2015), Kosovonun “Ballkani” (2019-2024) və “Gyilani” (2020) klublarında çıxış edib, Monteneqro milli komandasının heyətində 7 oyun keçirib, 3 qol vurub. O, Monteneqro çempionatının (2016), Kosovo çempionatının (2022, 2023, 2024), kubokunun (2024) və Superkubokunun (2023) qalibi olub.
Son Yazılar:
- Dövlət başçısı iştirakçılara müraciət ETDİ
- Prezident bu əsəsnamədə dəyişiklik ETDİ
- İlham Əliyev bu qanunlara dəyişiklik etdi