Qaxda faciə: 3 nəfər öldü

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Viral.az xəbər verir ki, hadisə Əmbərçay kəndində qeydə alınıb.

Son Yazılar:

 

“Ford” və “VAZ-21015” markalı minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. “VAZ” avtomobilinin sürücüsünün meyiti nəqliyyat vasitəsində sıxılıb qaldığından əraziyə FHN-in xilasediciləri cəlb olunub. Digər bir nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib.

 

Xəsarət alanlar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

 

Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma başlanılıb.