-->

Narkotik alverçisi tutuldu 

1719723043 d2fcce21 a8a0 3a7a aa1a f4ad2cf907d3 850.jfif

Bərdədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Viral.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum edilmiş Ramin Cəfərov saxlanılıb.

Son Yazılar:

 

Ona məxsus çantaya baxış zamanı 4 kiloqram 430 qram tiryək aşkar edilərək götürülüb.

 

O, narkotiki sosial şəbəkədən tanış olduğu İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.