Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyul ayında bir sıra ölkələrə səfər edəcəyi gözlənilir.
Viral.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Preizidentinin iyul ayı üzrə səfərlərinin siyahısı açıqlanıb.
Son Yazılar:
- Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik
- Bitki tərkibli yağ nehrə yağı adı ilə satılırmış
- “Talassemiya işi” ilə bağlı sabiq direktor və baş həkim məhkəməyə çağırılacaq
Belə ki, Ərdoğan 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçılarının zirvə toplantısında iştirak edəcək.
Bundan sonra o iyulun 6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak edəcək.
Qeyd edək ki, Ərdoğan 9-11 iyul tarixlərində ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək NATO liderlərinin zirvə görüşündə də iştirak edəcək.