Leysan, şimşək… – FAKTİKİ HAVA

İyunun 30-u saat 09:00-a olan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən xəbərə görə, Milli Hidrometeorologiya Xidmətinin iyunun 30-u saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi əsasən dağlıq və dağətəyi rayonlarda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Son Yazılar:

 

Düşən yağıntının miqdarı Zaqatalada 22 mm, Gədəbəydə 13 mm, Naxçıvan, Daşkəsən, Lerik, Göygöl, Şahbuz, Qax, Şəmkir, Gəncə, Yardımlı, Şəki, Balakəndə 4 mm-dək olub.

 

Sinoptiklərin iyunun 29-na verdiyi narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyinin sürəti Naftalanda 24 m/s, Culfada 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Göytəpədə 18 m/s olub.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 33, Aran rayonlarında 32, dağlıq rayonlarda 20 dərəcəyədək isti olub.

 

İyulun 01-i axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şumşək çaxacağı, dolu düşəçəyi ehtimalı var.