Fransa milli futbol komandasının hücumçusu Kilian Mbappe burnu qırılandan sonra maska ilə oynamağın çətinliyindən danışıb.
Viral.az xəbər verir ki, onun sözlərini RMC Sport sitat gətirir.
Mbappe üzündə qoruyucu maska ilə oynamağı mütləq dəhşət adlandırıb.
Son Yazılar:
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
- Bu tarixdən iş GÜNÜDÜR
“Mən maskanı dəyişdim, çünki hər dəfə nəsə səhv gedirdi. Çətindir, çünki o, baxışınızı məhdudlaşdırır, tər yığılır və onun boşalmasına imkan vermək üçün onu çıxarmaq lazımdır. Hiss olunur ki, o, 3D-də hazırlanıb”,- deyə paylaşaraq, maskanı ən qısa zamanda çıxaracağını əlavə edib.
Mbappe iyunun 18-də Avro 2024-ün qrup mərhələsində Avstriya ilə ilk görüşdə burnu sınıb. Əvvəlcə futbolçunun əməliyyata ehtiyacı olacağı barədə məlumatlar var idi, lakin bunun qarşısı alındı.
Yusif EYVAZLI