Şimali Koreyadan Cənubi Koreyaya zibilli şarlar GÖNDƏRİLDİ

Şimali Koreya Cənubi Koreyaya 150-dən çox zibil şarı göndərib.

 

Viral.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Son Yazılar:

 

Cənubi Koreya ordusunun məlumatına görə, şarlar mayın 28-i axşam saatlarında sərhədi keçməyə başlayıb və ölkənin müxtəlif yerlərinə düşüb. Onların içərisində plastik butulkalar, batareyalar, ayaqqabı hissələri və peyin olub.

 

Cənubi Koreyadan gələn təbliğat materialları bütün ölkəyə yayıldıqdan sonra Şimali Koreya zibil şarlarının buraxıldığını elan edib.

 

Belə ki, uzun illər Şimali Koreyadan Cənubi Koreyaya qaçmağı bacaran insanlar KXDR-ə içində Kim Çen İni tənqid edən vərəqələr olan şarlar göndəriblər.