Şuşa sammitinin proqramı AÇIQLANDI

Türk Dövlətləri Təşkilatının (TDT) Şuşa sammitinin proqramı açıqlanıb.

Viral.az xəbər verir ki, iyulun 6-da Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.

TDT-dən bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçiriləcək toplantıda Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan prezidentlərinin iştirakı gözlənilir.

Son Yazılar:

Bununla yanaşı, sammitə təşkilata müşahidəçi qismində üzv olan dövlətlərin liderləri, eləcə də qurumun Baş katibi də qatılacaq.

O da qeyd edilib ki, “Nəqliyyat Şəbəkəsi və İqlim Dəyişikliyi fonunda Dayanıqlı Bir Gələcəyin Qurulması” mövzusunda keçiriləcək toplantının gündəminin əsas mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.