Dağıstanda baş verən silahlı hücumlar zamanı ölənlərin sayı 22-yə yüksəlib.
Viral.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov bildirib.
“Təəssüf ki, terror aktları nəticəsində 22 nəfər həlak olub: 21 nəfər birbaşa terror aktları zamanı, ertəsi gün isə bir polis əməkdaşı aldığı ağır xəsarətlərdən dünyasını dəyişib”, – o deyib.