UEFA müfəttişi İngiltərə millisinin yarımmüdafiəçisi Cude Bellinqhemin davranış qaydalarını pozması ilə bağlı intizam araşdırması aparacaq.
Viral.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
İyunun 30-da Avropa çempionatının 1/8 final mərhələsində İngiltərə yığması əlavə vaxtda Slovakiya yığmasına 2:1 hesabı ilə qalib gəlib. Əsas vaxtın 5-ci dəqiqəsində Bellinqhem qol vuraraq ingilislərin normal vaxtda məğlubiyyətdən qaçmasına kömək edib. Bundan sonra yarımmüdafiəçi nalayiq jest edib.
Son Yazılar:
- Qalib dövlətdən mükafat almaq ikiqat şərəflidir
- Ukrayna ABŞ-dan ilk kömür partiyasını qəbul ETDİ
- Rusiyalı nazir müavini Azərbaycan Prezidentinin nümayəndəsi ilə görüşdü
Qeyd edək ki, Avropa çempionatının 1/4 finalında İngiltərə yığması iyulun 6-da İsveçrə yığması ilə qarşılaşacaq.
Yusif EYVAZLI