Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi iyulun 1-də “H3” kosmik raketinin üçüncü buraxılışını həyata keçirib.
Viral.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilir.
Daşıyıcı təbii fəlakətlərin nəticələrini qiymətləndirmək üçün nəzərdə tutulmuş “Advanced Land Observing Satellite – 4” kosmik gəmisi ilə Yaponiyanın cənub-qərbindəki Taneqaşima buraxılış meydançasından buraxılıb. “Mitsubishi Electric Corporation” tərəfindən hazırlanmış peyk aşağı Yer orbitinə uğurla buraxılıb.
Son Yazılar:
- Dövlət başçısı iştirakçılara müraciət ETDİ
- Prezident bu əsəsnamədə dəyişiklik ETDİ
- İlham Əliyev bu qanunlara dəyişiklik etdi
“H3″ün ikinci buraxılışı fevralın 16-da baş tutub və uğurlu alınıb. Əsas faydalı yük olan “Vehicle Evaluation Fayload 4” nümayiş kosmik gəmisi buraxılışdan 1 saat 47 dəqiqə sonra yerləşdirilib.
Yusif EYVAZLI