“Burun damcıları burun axıntısını müalicə etmir, ancaq qan damarlarını daraltmaqla simptomları aradan qaldırır”.
Viral.az lenta.ru-ya istinadən bildirir ki, bu barədə otorinolarinqoloq Ekaterina Prikaza deyib.
Həkim xatırladıb ki, burun damcıları ardıcıl beş gündən artıq istifadə edilməməlidir.
Son Yazılar:
- Həbs qərarına Netanyahunun ofisindən CAVAB
- Rusiya Ali Radaya zərbə endirəcək
- Damarları yağlı qidalardan qorumaq üçün nə içək?
“Onların yaratdığı asılılıq burun boşluğunun toxumalarının strukturunu pozmaq, selikli qişanın xroniki iltihabı və şişməsi, tənəffüs problemləri, qeyri-sağlam psixoloji bağlılıq təhlükəsi yaradır”.
Onun sözlərinə görə, bəzi insanlar damcılardan istifadə etmək vərdişini özbaşına aradan qaldırmağı bacarırlar.
“Lakin elə vəziyyətlər də olur ki, həkimin köməyi olmadan asılılıqdan xilas olmaq mümkün deyil. Məsələn, əgər xəstədə burun çəpəri əyilibsə və ya allergik və ya yoluxucu proses varsa”, – deyə aydınlıq gətirilib.
Yusif EYVAZLI