Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Orxan Həsənov saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Viral.az-a verilən məlumata görə, ondan 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, O.Həsənov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq ölkəyə narkotiklərin gətirilməsini təşkil edib.
Bundan başqa 33-cü PB əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlərlə Yeni Günəşli və Zığ qəsəbə sakini olan iki nəfər qanunsuz saxladıqları 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd tüfəng və 5 ədəd patronu könüllü təhvil veriblər.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
Qeyd edək ki, 33-cü PB əməkdaşlarının ilin əvvəlindən keçirdikləri əməliyyat və profilaktik tədbirlərlə 14 tüfəng, 5 avtomat və 1 ədəd “Makarov” tapançası aşkarlanıb. Qanunsuz dövriyyədən 11 kiloqram narkotik vasitə çıxarılıb.