Blinkendən Bakı və İrəvana MESAJ: “Sülh mümkündür”

Vaşinqton administrasiyası hesab edir ki, indi Azərbaycan və Ermənistan arasında sülh sazişlərinə nail olmaq üçün müstəsna imkan var.

Viral.az “TASS”a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken “Brukinqs” İnstitutunda çıxışı zamanı deyib.

“Ölkələr arasında sülh sazişlərinin həyata keçirilməsi üçün müstəsna imkan var ki, bu da onilliklər davam edən münaqişəyə son qoyacaq və hesab edirəm ki, iqtisadi əlaqələr, iqtisadi artım, şərq ölkələri arasında əlaqələrin qurulması və regionda böyük imkanlar yaradacaq. Biz bunu diplomatiya yolu ilə fəal surətdə davam etdirmişik, Azərbaycan və Ermənistanı sülh sazişlərinə yaxınlaşdırmağa çalışırıq. Mən hesab edirəm ki, bu, həqiqətən də, indi mümkündür, mən bunu təxminən bir həftə əvvəl Azərbaycanın Prezidenti İlham Əliyevlə danışmışam və hesab edirəm ki, bu, Azərbaycan və Ermənistan xalqlarının maraqlarına tam cavab verir”, – o bildirib.

Son Yazılar:

(redaktor.az)