İyulun 1-də ABŞ Ali Məhkəməsi keçmiş Amerika lideri və prezidentliyə namizəd Donald Trampın cinayət təqibindən qismən toxunulmazlıq hüququnu tanıyıb.
Viral.az “Reuters”ə istinadən xəbər verir ki, altıya qarşı üç səslə qəbul edilən qərarda Trampın dövlət başçısı kimi rəsmi hərəkətlərinə görə cavabdeh ola bilməyəcəyinə dair qərar verilib, lakin onun şəxsi hərəkətlərinə görə mümkün məsuliyyətinə toxunulmayıb.
“Prezidentin əsas konstitusiya səlahiyyətlərini həyata keçirməsinə gəlincə, bu toxunulmazlıq mütləq olmalıdır”,- deyə baş hakim Con Roberts bildirib.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
O, aşağı məhkəmənin Trampın 2020-ci ildə hakimiyyəti saxlamaq üçün iddia edilən səyləri ilə bağlı təqiblərdən azad olmadığına dair qərarını ləğv edib.
İndi iş yeni məhkəmə baxışı üçün qaytarılacaq.
Trampın özü Ali Məhkəmənin nəticələrini ABŞ-ın “Konstitusiya və demokratiyanın böyük qələbəsi” adlandırıb.
(redaktor.az)