Ötən axşam Avro-2024-də 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
Viral.az xəbər verir ki, əvvəlcə Fransa Belçika ilə üz üzə gəlib. 1:0 hesabı ilə qalib gələn fransızlar 1/4 finala yüksəliblər.
Digər oyunda Portuqaliya Sloveniya ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında qol vurulmayıb. Penaltilər seriyasında isə Portuqaliya millisi daha dəqiq olaraq (3:0) 1/4 finala yüksəlib. Portuqaliyalıların qapıçısı Dieqo Koşta rəqibin 3 penaltisini qaytarıb.
Son Yazılar:
- ABŞ İrana qarşı daha sərt sanksiyalar tətbiq edəcək
- Hadson İnstitutunda Azərbaycanın mina problemi müzakirə olundu
- Qalib dövlətdən mükafat almaq ikiqat şərəflidir
Beləliklə, Fransa ilə Portuqaliya 1/4 finalda bir-birlərinə rəqib olacaqlar.
Qeyd edək ki, bunadək keçirilən 1/8 final matçlarından sonra 1/4 finalın daha 2 cütü də müəyyənləşib.
İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə üz-üzə gələcək.