Qarabağdan qovulmuş separatçıların başçısı Samvel Şahramanyanın xidməti avtomobili narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi çərçivəsində müsadirə edilib.
Viral.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq İstintaq Komitəsi məlumat yayıb.
İyunun 21-də Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları İrəvandakı qondarma “Artsax nümayəndəliyi»nə gələrək Samvel Şahramanyanın xidməti avtomobilini evakuatorla aparıblar.
Son Yazılar:
- Ərini baltalayan üç uşaq anası azadlığa BURAXILDI
- İstanbulda aparılacaq danışıqların mövzusu AÇIQLANDI
- Bundesliqa təmsilçisi yeni transferini rəsmən AÇIQLADI
İstintaq Komitəsinin məlumatına görə, Ermənistan Cinayət Məcəlləsinin 393-cü maddəsinin 1-ci hissəsi və 396-cı maddəsinin 1-ci bəndi ilə (hər iki maddə narkotik vasitələrin qanunsuz dövriyyəsinə aiddir – red.) 004 UU 90 dövlət nömrə nişanlı Camry 2.5 markalı avtomobili müsadirə edilib.