Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel arasında telefon danışığı olub.
Son Yazılar:
- Elektrik təchizatı şəbəkəsinə qoşulmada mövcud vəziyyət və fəaliyyətin qiymətləndirilməsi
- Tikinti işləri aparanların nəzərinə – 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
- Bakıda 16 yaşlı qız itkin DÜŞDÜ
Viral.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə ediblər. Erməni diplomat İrəvan və Bakı arasında sülh sazişi layihəsi üzrə danışıqların gedişi barədə Borelə məlumat verib.
Mirzoyan, həmçinin iki ölkə arasında sərhədlərin delimitasiyası prosesinin 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında həyata keçirmək öhdəliyinin vacibliyini qeyd edib.
O vurğulayıb ki, saziş layihəsində əldə edilmiş bəndləri birləşdirməklə yekun razılığa nail olmaq mümkündür.