Türkiyənin Kayseri vilayətində iğtişaşlar zamanı 470-dən çox adam saxlanılıb.
Viral.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Bazar günü Türkiyənin Kayseri vilayətində polis suriyalı kişini onunla qohumluq əlaqəsi olan Suriya əsilli uşağa təcavüz etdiyinə görə saxladıqdan sonra iğtişaşlar başlayıb. Uşaq qəyyumluq orqanlarına təhvil verilib, kişi həbs edilib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
“Kayseridə baş verən çirkin hadisədən sonra ölkəmizin bəzi şəhərlərində suriyalılara qarşı təxribat xarakterli aksiyalar təşkil edilib, qanunsuz yollarla həyata keçirilən təxribat xarakterli aksiyalardan sonra saxlanılanlardan 285 nəfərinin müxtəlif cinayətlərə görə məhkumluğu olduğu müəyyən edilib. Bura miqrantlara xəsarət yetirmə, narkotik maddələr, soyğunçuluq, oğurluq, əmlaka ziyan vurma, cinsi təcavüz, dələduzluq, saxta pul, hədə-qorxu, təhqir, şəxsi azadlıqdan məhrum etmə kimi cinayətlərə görə məhkumluğu olanlar daxildir”, – Ali Yerlikaya deyib.
Türkiyə Daxili İşlər Nazirliyi Kayseridəki iğtişaşlarla bağlı sosial şəbəkələrdəki mesajların təxminən 37%-nin botlar tərəfindən, demək olar ki, 70%-nin isə təxribat məqsədi ilə yazıldığını bildirib. 63 sosial media hesabı ilə bağlı araşdırmalara başlanılıb, 10-un sahibi artıq məsuliyyətə cəlb edilib.