21 iyun 2024-cü il tarixində Mingəçevir su anbarında batdığı ehtimal olunan Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Vüqar Oruc oğlu Həsənovun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.
Viral.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, axtarış-xilasetmə zonasının genişləndirilməsi və axtarış işlərinin daha da intensivləşdirilməsi məqsədilə FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi də axtarış işlərinə cəlb olunub.