Lukaşenko həbsdəki müxaliflərin bəzilərini azadlığa buraxacaq

Belarus müxaliflərinin həbsdəki bəziləri tezliklə azadlığa buraxıla bilər.

Viral.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko yerli mətbuata deyib.

“Biz insan kimi davranmalıyıq, bir neçə gündən sonra çox ağır xəstələr azadlığa buraxılsa, təəccüblənməyin”,- Prezident Belarusun 3 iyulda qeyd olunan Müstəqillik Gününə həsr olunmuş Minsk Respublika sarayında keçirilən təntənəli yığıncaqda deyib. 

Son Yazılar:

(redaktor.az)