Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/4 finalın daha bir iştirakçısı bəlli olub.
Viral.az xəbər verir ki, 1/8 finalda Rumıniya yığmasına 3:0 hesabı ilə qalib gələn Niderland millisi növbəti raunda vəsiqə qazanıb.
Son Yazılar:
- “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü: 1 il həbs VERİLDİ
- Azərbaycan Dəmir Yolları: Əməyin mühafizəsi və ətraf mühitin qorunmasında yeni yanaşmalar
- “Ukrayna dairəsi”nin yeni layihəsi hazırlandı
Matçda hesab 20-ci dəqiqədə açılıb. “Narıncılar”ın heyətində Kodi Qakpo fərqlənib. Görüşdə digər qolları isə 83 və 90+3-cü dəqiqələrdə Daniel Malen vurub.
Niderland millisi 1/4 finalda Avstriya-Türkiyə cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İngiltərə, İspaniya, Fransa və Portuqaliya kollektivləri 1/4 finala adlayıblar.