El arasında “manatlıq” kimi adlandırılan taksilərin sürücüləri benzinin qiymətinin dəyişməsindən istifadə edərək qiymətləri qaldırıblar. Onlar hazırda sərnişinin birini iki manatdan aparırlar.
Viral.az “xezerxeber.az”a istinadən xəbər verir ki, Bakıətrafı ərazilərə gedən taksilər qiyməti 1 manatadan 2 manata qaldıırblar. Sürüclərin sözlərinə görə, buna səbəb yanacağın qiymətinin artmasıdır.
Amma sürücülər arasında hələlik qiyməti artırmayanlar da var. Bu haldan ən çox narazı qalanlar isə sərnişinlərdir.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Mövzu ilə bağlı AYNA-dan bildirilib ki, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirirlər. “E-taksi” xidməti vasitəsilə sifarişi qəbul edən sürücünün icazəsinin olub-olmadığını izləmək mümkündür. Əməkdaşlar tərəfindən buraxılış kartlarının yoxlanılması həyata keçiriləcək. İcazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tənbeh tədbirləri görüləcək.