Amerikalı seçicilərin 50%-i keçmiş birinci xanım Mişel Obama 2024-cü il prezident seçkilərində Demokratlar Partiyasının namizədi olsaydı, ona səs verəcəkdi.
Viral.az xəbər verir ki, bunu Ipsos sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir.
Sorğunun nəticələrinə görə, Mişel Obama və keçmiş prezident Donald Tramp prezidentlik uğrunda mübarizə aparsalar, respondentlərin 50%-i keçmiş birinci xanımı dəstəkləməyə hazır olacaq, amerikalıların isə yalnız 39%-i Trampa səs verəcək.
Son Yazılar:
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
- Bu tarixdən iş GÜNÜDÜR
Sorğunun nəticəsinə görə, Tramp və hazırkı lider Co Bayden arasında seçki keçirilsəydi, amerikalılar səslərini bərabər bölərdilər, Trampa 40%, Baydenə 40%.
Sorğu iyulun 1-2-də 1070 amerikalı arasında keçirilib.
CNN daha əvvəl xəbər vermişdi ki, ABŞ Demokrat Partiyasını təmsil edən indiki və keçmiş məmurların əksəriyyəti Baydenin seçkiqabağı yarışdan getməsinin tərəfdarıdır.