Futbol agenti German Tkaçenko Moskva “Spartak”ın “Qalatasaray” və Türkiyə millisinin futbolçusu Kərəm Aktürkoğlunu almaq istədiyini açıqlayıb.
Viral.az xəbər verir ki,bu barədə o, “YouTube”da “Comment.Show” kanalında danışıb.
Agentin sözlərinə görə, “Spartak”ın 50-70 milyon avroluq böyük transfer büdcəsi var.
Son Yazılar:
- Bundesliqa təmsilçisi yeni transferini rəsmən AÇIQLADI
- Görkəmli pedaqoq, alim Əzizağa Quliyev dünyasını DƏYİŞDİ
- Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
“İndi hər şeyi inkar edəcəklər, ancaq mən bilirəm. Spartakın pulu var. Bəlkə iki pəncərə üçün bir büdcədir, amma var. Bütün liqaya güclü “Spartak” lazımdır”, – Tkaçenko bildirib.
Xatırladaq ki, ötən mövsüm Türkiyə çempionatında 37 oyun keçirən Aktürkoğlu 12 qol vurub, 6 məhsuldar ötürmə edib. Cari Avropa çempionatında yarımmüdafiəçi dörd oyun keçirib və bir qol vurub.
(redaktor.az)