Çimərlikdə uzanıb günəşin altında qalmağı təsəvvür edə bilmirəm

Belarus Prezidenti Aleksandr Lukaşenko etiraf edib ki, vitse-prezidenti olmadığı üçün tam məzuniyyətə çıxıb dincələ bilmir.

Viral.az xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.

“Belarus prezidenti dincələ bilməz, çünki onun vitse-prezidenti yoxdur” – deyə Lukaşenko Orşadakı “Leqmaş” zavodunun işçiləri ilə danışarkən bildirib.

Son Yazılar:

Dövlət başçısı tətili “vəziyyətin, şəraitin, həyat tərzinin dəyişməsi” kimi qəbul etdiyini söyləyib. “Çimərlikdə uzanıb günəşin altında qalmağı təsəvvür edə bilmirəm”, – o deyib.

Zavodda Lukaşenkoya zavodun məhsullarından nümunələr, o cümlədən plov üçün böyük çuqun qazan təqdim edilib. O, hədiyyəyə görə şirkətin əməkdaşlarına təşəkkür edərək, bu yeməyi yaxşı bişirdiyini qeyd edib. Belarus prezidentinin sözlərinə görə, ona tacikistanlı həmkarı Emoməli Rəhmon dərs deyib.

(redaktor.az)