Dünya televiziyada Netanyahu adlı vampirin vəhşiliyinə baxır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ni və Qərb ölkələrini Qəzza zolağında axan qanda və “İsrail vampirizmində” şərik olmaqda, BMT-ni isə fəaliyyətsizlikdə ittiham edib.

Viral.az bu barədə TRT Haber telekanalına istinadla xəbər verir ki, bu barədə Ərdoğan parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının fraksiyasının iclasında bildirib.

“İsrail beynəlxalq hüququn nəzarətinə keçməyincə və özünü beynəlxalq hüquqa bağlı saymayana qədər heç bir dövlət təhlükəsiz olmayacaq. Dünya televiziyada Netanyahu adlı vampirin vəhşiliyinə baxır. İsrail Qəzzada insanlığı məhv etdi. Ey Amerika dövləti, bu qan da sizin əlinizdədir, Avropanın dövlət və hökumət başçıları – siz bu vampirizmin ortağı olmusunuz!”, – Türkiyə lideri deyib.

Son Yazılar:

“Birləşmiş Millətlər Təşkilatı, bütün bəşəriyyət tərəfindən canlı olaraq izlənilən soyqırımı dayandıra bilmirsinizsə, 21-ci əsrdə sizə nə fayda var ki, əgər dünyanın gələcəyi beş ölkədən (Təhlükəsizlik Şurasının üzvlərindən – red.) asılıdırsa, bu böyük binalara ehtiyac varmı?” – deyən Ərdoğan yenidən İsraili Qəzzada törətdiyi insanlığa qarşı cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırıb.

(redaktor.az)