Riyaziyyat və kimya fənləri üzrə apellyasiya müraciətlərinə start verildi.
İnsan Resursları Mərkəzindən Viral.az-a bidirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin riyaziyyat və kimya fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başladı.
Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.
Son Yazılar:
- Ukrayna ABŞ-dan ilk kömür partiyasını qəbul ETDİ
- Rusiyalı nazir müavini Azərbaycan Prezidentinin nümayəndəsi ilə görüşdü
- Rusiya XİN başçısının müavini Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi ilə görüşdü
Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.
Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.