Avropa İttifaqı (Aİ) rəsmiləri iyulun 1-də Aİ Şurasına sədrlik Macarıstana keçməzdən əvvəl Ukraynanın icmaya daxil olması ilə bağlı danışıqlara başlamaq istəyirlər.
Viral.az xəbər verir ki, bu barədə adı açıqlanmayan rəsmiyə istinadən “Politico” nəşri yazıb.
Onun sözlərinə görə, quruma sədrlik edən Belçika iyunun 25-də Aİ Ümumi Məsələlər Şurasında nazirlər səviyyəsində bu danışıqlara başlamaq niyyətindədir. Qeyd olunur ki, çərşənbə günü bloka üzv ölkələrin nümayəndələri Avropa Komissiyasının rəhbərliyini Ukrayna və Moldova ilə icmaya qoşulmaq üzrə gələcək danışıqları müzakirə edəcəklər.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
Nəşrin yazdığına görə, Ukrayna Avropa Komissiyasının (AK) Ukrayna ilə bağlı son hesabatında tövsiyə olunan bəzi tədbirləri, o cümlədən etnik və dil azlıqlarının müdafiəsi üzrə islahatları artıq həyata keçirsə də, bu məsələ hələ də Macarıstan üçün “həssas məsələ” olaraq qalır. Adının çəkilməsini istəməyən yüksək vəzifəli məmur hesab edir ki, Aİ-də çox az adam genişlənmə və qonşuluq siyasəti üzrə Avropa komissarı, macar siyasətçi Oliver Varhelinin danışıqların başlanmasını gecikdirə biləcəyindən ehtiyat edərək, Ukraynanın irəliləyişini təsdiqləyən AK-nin növbəti hesabatını gözləmək istəyir.
Avropa Komissiyasının keçmiş rəhbəri (2004-2014) Jose Manuel Barrozu mayın 2-də “Euractiv” portalına müsahibəsində Ukraynanın “müharibə vəziyyətində” olduğu halda Avropa Birliyinə inteqrasiyasının real olmadığını bildirib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ötən ilin yayında səsləndirdiyi icmanı 2030-cu ilə qədər Qərbi Balkanlara doğru genişlənməyə hazırlamaq məqsədini şərh edən Barrozu qeyd edib ki, Aİ-yə üzvlük üçün konkret tarixlərin müəyyən edilməsi istənilən namizəd üçün arzuolunmazdır, çünki bu, “məyusluq yarada bilər”.
(redaktor.az)