“Terrorçuların yüzlərlə təlim keçmiş insanı var”

“Mahaçqala və Dərbənddə hücumları həyata keçirən yaraqlılar terrorçuların kiçik hissəsidir. Terrorçuların yüzlərlə təlim keçmiş insanı var”.

Viral.az xəbər verir ki, adının açıqlanmasını istəməyən Dağıstan polisi “lenta.ru”ya bildirib.

Onun sözlərinə görə, belə kiçik hücumlar regionda əvvəllər, məsələn, 2016-2018-ci illərdə həm dağlıq rayonlarda, həm də Mahaçqalada baş verib.

Son Yazılar:

“Amma son dörd ildə heç bir şəkildə özlərini göstərmirdilər – sakitlik idi. Buna görə də həftəsonu baş verənlər yerli hüquq-mühafizə orqanları üçün sürpriz olub. Lakin Dağıstanda bununla bağlı panika yoxdur”.

(redaktor.az)