Böyük Britaniyada 4 iyulda keçirilən parlament seçkilərində səsvermə ötən axşam saat 22:00-da başa çatıb.
Seçkinin nəticələrinə görə, parlamentə 650 deputat seçiləcək. Parlamentdə üstünlük qazanmaq istəyən partiyaya ən azı 326 yer lazımdır.
Artıq “exit-poll”un nəticələri açıqlanıb. “Exit-poll”a görə Leyboristlər partiyası parlamentdə böyük bir üstünlük qazanıblar. Keir Starmerin rəhbərlik etdiyi partiya 650 nəfərlik parlamentdə 410 yer, Mühafizəkarlar Partiyası 131 yer, Liberal Demokratlar 61 yer, Reform partiyası 13 yer, SNP partiyası isə 10 yer qazanıb. Digər kiçik partiyalar isə parlamentdə qalan yerlərə yiyələniblər.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Qeyd edək ki, Britaniyada Mühafizəkarlar Partiyası son 14 ildir ki, hakimiyyətdə idi.
Viral.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri və hakim Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak Leyboristlər Partiyasının lideri Keir Starmeri parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.
“Leyboristlər Partiyası bu ümumi seçkilərdə qalib gəldi. Keir Starmerə zəng edərək onu qələbə münasibətilə təbrik etdim”, – Sunak bildirib.
“Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm”, – deyə vəzifəsini tərk edəcək baş nazir əlavə edib.