UEFA İntizam Komitəsi Türkiyə milllisinin 26 yaşlı yarımmüdafiəçisi Merih Demiralla bağlı qərarını açıqlayıb.
Viral.az-ın məlumatına görə, Demiral Avstriya ilə matçda “boz qurd” işarəsi tutduğuna 2 oyunluq cəzalandırılıb.
Son Yazılar:
- Goranboyda sevgilisi qadını bıçaqladı, avtomobillə üzərindən KEÇDİ
- “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü: 1 il həbs VERİLDİ
- “Ukrayna dairəsi”nin yeni layihəsi hazırlandı
Qərara əsasən, o, Türkiyə millisinin qarşıdakı 2 matçında oynaya bilməyəcək.
Demiral meydançada Türkün simvolu olan “Boz qurd” işarəsini göstərməklə hədəfə gəlib. O, bu işarəni göstərməklə gerçək bir türk sevdalısı olduğunu matçdan sonra verdiyi açıqlamada da vurğulayıb:
“Nə mutlu Türkəm deyənə. Çox xoşbəxtəm və çox qürurluyam türk olduğum üçün”.
Almaniya səfiri hadisə ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Almaniyalı diplomat ölkəsinin daxili işlər naziri Nensi Faserin Avropa çempionatının 1/8 final mərhələsində Avstriya ilə matç çərçivəsində Bozqurd salamı verən Türkiyə yığmasının futbolçusu Merih Demirala qarşı UEFA-dan sanksiya tələbi ilə bağlı Xarici İşlər Nazirliyinə dəvət olunub və ona etiraz bildirilib.