Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh prosesini təşviq etmək istəyir və danışıqları asanlaşdırmağa hazırdır.
Viral.az xəbər verir ki, bunu iyulun 5-də İrəvanda keçirilən mətbuat konfransında ABŞ senatoru Rocer Uiker bildirib.
“Bizim əsas məqsədimiz bu regionda sülhün, təhlükəsizliyin, hüquqlara hörmətin olmasıdır”, – o deyib.
Son Yazılar:
- MİQ-ə sənəd verənlərin yaş aralığı – SİYAHI
- Dövlət başçısı iştirakçılara müraciət ETDİ
- Prezident bu əsəsnamədə dəyişiklik ETDİ
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin də sülh sazişi haqda danışıb: “Sülh sazişi Ermənistan üçün sərhədlərdə sülhü təmin etməlidir. Ermənistan xalqı əmin olmalıdır ki, sülh şəraitində dinc yaşaya bilər və heç bir hərbi əməliyyat təhlükəsi yoxdur. Sərhəd keçid məntəqələri açıq olacaq ki, bu da Ermənistan üçün çox vacibdir. Sülh müqaviləsinin məqsədləri bunlardır. Biz sülh sazişinin tezliklə imzalanmasını istəyirik”.