-->

Tramp Baydenə meydan oxudu: Gəl yeni debata çıxaq!

1720247051 a4bc7fa4 f799 3db9 9142 54c8254a045d 850

ABŞ-ın keçmiş lideri, qarşıdan gələn prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp hazırkı dövlət başçısı, qarşıdan gələn prezident seçkilərində Demokrat partiyasının namizədi Co Baydeni yeni teledebata çağırıb.

Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp teledebatı moderasiya olmadan, əvvəlcədən razılaşdırılmış qaydalarsız keçirməyi təklif edib.

“Co Baydenin şərhlərinə cavabım var. Gəlin yeni debatlar keçirək, amma bu dəfə heç bir qayda-qanun olmadan. Hərtərəfli müzakirə, yalnız siz və mən ölkəmizin gələcəyini müzakirə etmək üçün səhnəyə çıxacağıq”, – Donald Tramp deyib.

Son Yazılar: