HƏMAS İsraillə atəşkəsə razıdır, ancaq…

HƏMAS hərəkatı Qəzza zolağında mərhələli atəşkəs təklifini şərti olaraq dəstəkləyib.

 

Viral.az xəbər verir ki, bu barədə AP agentliyi mənbələrə istinadən məlumat yayıb.

Son Yazılar:

 

Təşkilat İsrailin müharibəyə tam son qoyması üçün əsas tələbindən imtina edib. Buna baxmayaraq agentilik hələ də müqavilənin bağlanmasına zəmanətin olmadığını vurğulayırlar.

 

Mənbələr bildiriblər ki, HƏMAS razılaşmanın birinci mərhələsi qüvvəyə mindikdən sonra İsrailin daimi atəşkəs danışıqlarını davam etdirəcəyinə dair yazılı təminat almağa çalışır. Hərəkatın sözçüsü AP-yə bildirib ki, HƏMAS vasitəçilərdən müharibənin davam etməyəcəyi və Qəzzada daimi atəşkəs əldə olunana qədər danışıqların davam edəcəyi barədə “şifahi öhdəliklər və zəmanətlər” aldıqdan sonra razılaşmanın müddəaları şərti olaraq təsdiqlənib. “İndi biz bu zəmanətləri kağız üzərində almaq istəyirik”, – o qeyd edib.

 

İsrail və HƏMAS arasındakı razılaşmaya tam altı həftəlik atəşkəs və qadınlar, qocalar və yaralılar da daxil olmaqla bir sıra israilli girovların azad edilməsi daxildir. Bunun müqabilində İsrail yüzlərlə fələstinli məhbusu həbsdən azad edəcək. Bu müddət ərzində İsrail əsgərləri yalnız Qəzzanın sıx məskunlaşdığı əraziləri tərk edəcək, köçkünlər Qəzzanın şimalındakı evlərinə qayıda biləcək.