Qazaxıstanın xüsusi xidmət orqanları iki terror aktının qarşısını alıb

İlin əvvəlindən Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları iki terror aktının qarşısını alıblar.

Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin mətbuat xidməti respublikanın Milli Təhlükəsizlik Komitəsinin sədri Ermek Saqimbayevlə görüşündən sonra məlumat verib.

“İlin əvvəlindən iki terror aktının, o cümlədən xarici tərəfdaşlarla birgə həyata keçirilən terror aktının qarşısı alınıb. Daha 22 nəfər barəsində məhkəmə araşdırmaları davam etdirilir”, – məlumatda deyilir.

Son Yazılar:

(redaktor.az)