Sabunçuda yaşayış evində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Ə.Əliyev küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

FHN-in Mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Son Yazılar:

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus birmərtəbəli, dörd otaqdan ibarət fərdi yaşayış evində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m. olan dördotaqlı evin 1 otağının yanar konstruksiyaları 30kv.m. sahədə və mətbəxi 9 kv.m. sahədə yanıb.

 

Evin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Xəsarət alan yoxdur.