Antalyada meşə yanğını başlayıb.
Viral.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Aksu rayonunda Murtuna məhəlləsi yaxınlarında çıxan yanğının səbəbi bilinmir.
Son Yazılar:
- Plastik cərrahların siyahısında Dilqəm Məhərrəmovla xanımının da adı yoxdur
- Belarusun İrəvandakı səfiri vəzifəsindən azad EDİLDİ
- Səhiyyə Nazirliyi adı siyahıda olmayan plastik cərrahlarla bağlı məsələyə aydınlıq GƏTİRDİ
Küləyin təsiri ilə yanğın qısa müddətdə tarlalara, meyvə bağlarına və bölgədəki meşəyə yayılıb.
Yanğına 3 helikopter, 2 təyyarə, 4 yanğınsöndürmə maşını ilə müdaxilə edilir.
İlkin məlumata görə, 2 prefabrik evə, 8 tarlaya, bəzı zeytin və üzüm bağlarına ziyan dəyib.
Yanğınsöndürənlər yanğının nəzarət altına alınmasına çalışırlar.